İlon Musk bu yaxınlarda onunla görüşməkdən imtina edən bir professorun Twitter hesabında fəaliyyətini dayandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 560.000 izləyicisi olan professor, müəllif və spiker Scott Galloway Elon Musk ilə mübahisə etdikdən sonra 2 həftədən çox X platformasındakı hesabına daxil ola bilməyib.
Professor bildirib ki, ortaq bir dost İlonun mənim tərəfimdən ona qarşı haqsız hücuma məruz qaldığını və görüşmək istədiyini söylədi. Mən imtina etdim. İki gün sonra hesabıma daxil ola bilmədim. Artıq 17 gündür hesabım kilidlidir.
Galloway sonuncu dəfə iyulun 27-də Mask və Tesla haqqında şərh yazıb.
Professor Tesla-nın sürücüləri sürmə məsafəsi ilə bağlı yanıltdığını və bir çox insanın zərər çəkdiyini bildirib. O, Maskın Twitter-i X-ə çevirməsi və onu hər şey üçün tətbiq vizyonuna istinad edərək vurğulayıb ki, “X ilə bank qurmalısan”. Həmçinin, professor hesabında "İlon bir əfsanə olardı... əgər tvit yazmağa başlamasaydı", - deyə fikirlər paylaşıb.
Qeyd edək ki, Maskın yenilənmiş Twitter-indən narazı qalan yeganə Galloway deyil. Bir müddətdir ki, alimlər platformadan uzaqlaşırlar.
Aygün
Manşet.az