"WhatsApp" daha bir funksiyasını təqdim etməyə hazırlaşır

18:49 - 17 Avqust 2023

\"WhatsApp\" daha bir funksiyasını təqdim etməyə hazırlaşır

 "WhatsApp"ın beta tətbiqində vacib bir xüsusiyyəti sınaqdan keçirdiyi ortaya çıxıb.
 

Manset.az TGRT Haber-ə istinadən məlumat verir ki, yeni funksiya fotoşəkilləri HD rezolyusiyada göndərməyə imkan verəcək.
 
Mark Zukerberq Instagram kanalındakı paylaşımında “WhatsApp”a HD şəkil göndərmə funksiyasının gətirildiyini rəsmən açıqlayıb.

Paylaşdığı video ilə yeniliyi göstərən Mark istifadəçilərin çəkdikləri şəkli HD formatda göndərə biləcəklərini bildirib.

"WhatsApp"a görə, standart keyfiyyətli fotoşəkillər adətən 1,5 MP ilə 4 MP (meqapiksel), HD fotoşəkillər isə 9 MP ilə 16 MP arasındadır.

Bu xüsusiyyət hazırda bütün dünyada səviyyələrdə yayılır. WhatsApp-ın ən son yeniliklərindən yararlanmaq istəyirsinizsə, tətbiqi daim yeni saxlamaq faydalıdır.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az