Türkiyədə kütləvi dava zamanı xeyli insan yaralanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Batman şəhərinin Beşiri rayonunda baş verib.
Gecə saatlarında kafedə gənclər arasında başlanan dava daha sonra iki ailə arasındakı qarşıdurmaya çevrilib.
Ailələrin bir-birinə daş, dəyənək və bıçaqla hücum etdiyi davada 41 nəfər xəsarət alıb.
1 nəfərin başından aldığı güclü zərbə nəticəsində hazırda vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.