ABŞ-ın Massaçusets ştatında bir evin damına göydən nəhəng buz parçaları düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ailə əvvəlcə bunun partlayış olduğunu zənn edib, iri buz parçaları damı zədələyib və ev sakinləri böyük bir qorxu yaşayıblar.
Bildirilib ki, Federal Aviasiya Administrasiyası hadisəni araşdırıb. Onlar buz parçalarının Boston Loqan Beynəlxalq Hava Limanına gedən təyyarədən düşdüyünü düşünürlər.
6 ilə 9 kiloqram arasında olan buz parçaları evin damında böyük yarıq açıb.
Aygün
Manşet.az