Çin və Rusiya donanmasının 11 gəmisi kritik bölgədə

14:01 - 18 Avqust 2023

Çin və Rusiya donanmasının 11 gəmisi kritik bölgədə

Çin və Rusiya donanmasına aid 11 gəmi Yaponiyanın cənubundakı Okinava əyalətinin adaları yaxınlığındakı ərazi sularından birlikdə keçib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi vəziyyətlə bağlı ciddi narahat olduğunu açıqlayıb.

Açıqlamada bildirilib ki, avqustun 15-i səhər saatlarında Yaponiyanın Sakit okeandakı ən cənub adası Okinotoridən 280 kilometr şimal-şərqdə içində raket əleyhinə sistemli 6 Çin və 5 Rusiya hərbi gəmisi aşkar edilib.

Çin və Rusiya donanmasının gəmilərinin ilk dəfə bölgəni birlikdə keçdiyi bildirilib.

Yaponiya "milli təhlükəsizlik baxımından" narahatlığını diplomatik kanallar vasitəsilə Çin və Rusiyaya çatdırıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az