Ukrayna müharibənin gedişatını dəyişdirəcək bir hücum həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, birbaşa Rusiyanın ürəyini hədəf alan Ukrayna gecə saat 04:00 radələrində Moskvaya pilotsuz təyyarə ilə hücum edib.
NATO-nun Ukraynanın NATO-ya üzv olması və müharibənin başa çatması müqabilində Rusiyaya ərazi verə biləcəyini deməsi Ukraynada böyük reaksiyalara səbəb olub. Sözügedən açıqlamadan sonra Ukrayna hücumların dozasını artırıb. Kiyev administrasiyası bu gecə saat 04:00 radələrində Moskvaya dron hücumu həyata keçirib.
İHA-nın bir binaya çarpması hər tərəfdən eşidilən partlayışa səbəb olub.
Aygün
Manşet.az