"Ukrayna müharibəni dayandırsa, xəritədən silinər" -  NATO AÇIQLAMA

16:42 - 18 Avqust 2023

\"Ukrayna müharibəni dayandırsa, xəritədən silinər\" -  NATO AÇIQLAMA

“Rusiya müharibəni dayandırsa, sülh olacaq, lakin Ukrayna döyüşü dayandırsa, xəritədən silinəcək”

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Norveçin Arendal şəhərində keçirilən konfransda iştirakı zamanı deyib. 

Yens Stoltenberqin sözlərinə görə Rusiyanın bütün Ukraynaya nəzarət etmək məqsədindən əl çəkdiyinə dair heç bir işarə yoxdur.

O bildirib ki, Rusiya nüvə təhdidindən Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya verdiyi dəstəyi dayandırmaq üçün istifadə edir.

NATO-nun baş katibi Rusiya döyüşü dayandırsa, sülhün bərqərar olacağını, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini qeyd edib. Həmçinin, Ukraynaya dəstəyini davam etdirəcəklərini vurğulayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az