“Rusiya müharibəni dayandırsa, sülh olacaq, lakin Ukrayna döyüşü dayandırsa, xəritədən silinəcək”
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Norveçin Arendal şəhərində keçirilən konfransda iştirakı zamanı deyib.
Yens Stoltenberqin sözlərinə görə Rusiyanın bütün Ukraynaya nəzarət etmək məqsədindən əl çəkdiyinə dair heç bir işarə yoxdur.
O bildirib ki, Rusiya nüvə təhdidindən Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya verdiyi dəstəyi dayandırmaq üçün istifadə edir.
NATO-nun baş katibi Rusiya döyüşü dayandırsa, sülhün bərqərar olacağını, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini qeyd edib. Həmçinin, Ukraynaya dəstəyini davam etdirəcəklərini vurğulayıb.
Aygün
Manşet.az