ABŞ-ın Havay ştatının Maui adasındakı meşə yanğınları səbəbiylə tənqid hədəfinə çevrilən Fövqəladə Hallar İdarəsi rəisi Herman Andaya istefa verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl fövqəladə halların idarə edilməsində peşəkar təcrübəyə malik olmadığını deyən Andaya, səhhətindəki problemlər səbəbiylə istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, avqustun 8-də başlayan yanğın indiyədək 111 nəfərin ölümünə səbəb olub. Yanğın zamanı xəbərdarlıq sisteminin işləməməsi səbəbindən Herman Andaya tənqid hədəfinə çevrilib.
Aygün
Manşet.az