Havay adalarındakı yanğınlarda fövqəladə hallar üzrə müdir istefa etdi

17:35 - 18 Avqust 2023

Havay adalarındakı yanğınlarda fövqəladə hallar üzrə müdir istefa etdi

ABŞ-ın Havay ştatının Maui adasındakı meşə yanğınları səbəbiylə tənqid hədəfinə çevrilən Fövqəladə Hallar İdarəsi rəisi Herman Andaya istefa verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl fövqəladə halların idarə edilməsində peşəkar təcrübəyə malik olmadığını deyən Andaya, səhhətindəki problemlər səbəbiylə istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, avqustun 8-də başlayan yanğın indiyədək 111 nəfərin ölümünə səbəb olub. Yanğın zamanı xəbərdarlıq sisteminin işləməməsi səbəbindən Herman Andaya tənqid hədəfinə çevrilib.   

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az