Ukrayna və İsveç Gripen qırıcılarının Kiyevə transferini müzakirə edib və ukraynalı pilotlar artıq bu təyyarələrdə sınaq uçuşlarına başlayıblar.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Stokholmda İsveçin Baş naziri Ulf Kristerssonla danışıqlardan sonra birgə mətbuat konfransında deyib.
Zelenski əlavə edib ki, o, İsveç parlamentinin spikeri Andreas Norlen və İsveç siyasi partiyalarının nümayəndələri ilə danışıqlarda əsas məsələlərdən biri kimi Kiyevə döyüş təyyarələrinin ötürülməsi məsələsinə toxunacaq.
O, həmçinin əlavə edib ki, sabah və biri gün bir neçə ölkə ilə Rusiyanı səmadakı üstünlüyündən məhrum etmək barədə danışıqlar aparmaq niyyətindədir, lakin təfərrüatları açıqlamayıb.