Pakistanın sabiq xarici işlər naziri saxlanıldı

20:17 - 19 Avqust 2023

Pakistanın sabiq xarici işlər naziri saxlanıldı

Pakistan rəhbərliyi keçmiş xarici işlər naziri və müxalifətdəki Ədalət Hərəkatının (ƏH) başçısı Şah Mehmud Qureyşini saxlayıb.


Manset.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi partiyanın nümayəndəsi Zülfi Buxariyə istinadən məlumat yayıb.


Agentlik siyasətçinin saxlanılmasına nəyin səbəb olduğu barədə məlumat verməyib.


Qeyd edək ki, avqustun əvvəlində lideri İmran Xanın olmadığı müddətdə ƏH-ə rəhbərlik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az