Daha bir ölkə vətəndaşlarını Nigerdən təxliyə etdi

13:54 - 20 Avqust 2023

Daha bir ölkə vətəndaşlarını Nigerdən təxliyə etdi

Belçika 130 vətəndaşını hərbi təyyarə ilə Nigerdən təxliyə edib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aja Labib “X” sosial şəbəkəsində məlumat verib.

“Son bir neçə gün ərzində 130 belçikalı, Aİ vətəndaşları və digər şəxslər Nigerdən çıxarılıb. Mən Müdafiə Nazirliyinə, eləcə də Miqrasiya və Sığınacaq Departamentlərinə təşəkkür etmək istəyirəm”, -deyə A.Labib yazıb.

Təxliyə olunanlar Belçikaya məxsus Airbus A400M hərbi təyyarəsi ilə ölkədən çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az