Ərdoğan özbək həmkarı ilə danışıqlar apardı

23:04 - 20 Avqust 2023

Ərdoğan özbək həmkarı ilə danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbək həmkarı Şavkat Mirziyoyevlə görüşüb.

 

Manset.az TRT-yə istinadən xəbər verir ki, görüş Budapeştdə baş tutub.

Görüşdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, gənclər və idman naziri Osman Aşkın Bak, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və digər şəxslər müşayiət edib.

Liderlər regional və qlobal hadisələrlə yanaşı, Türkiyə ilə Özbəkistan arasındakı əlaqələri də müzakirə edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az