ABŞ-ın Kaliforniya ştatının cənubunda 5,1 bal gücündə zəlzələ olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Oksnard şəhərindən 27 km şimal-qərbdə, Sakit okean sahilində yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.