Pakistanda mina partladı, 13 nəfər həlak oldu

10:11 - 21 Avqust 2023

Pakistanda mina partladı, 13 nəfər həlak oldu

Pakistanda işçiləri daşıyan mikroavtobusun minaya düşməsi nəticəsində 13 nəfər həlak olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şənbə gecəsi Əfqanıstanla sərhəddə yaxın Hayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinə daxil Şaval rayonunda baş verib.

Səlahiyyətlilər sözügedən "terror hücumu" nəticəsində 2 işçinin yaralandığını, 13 işçinin öldüyünü təsdiqləyib.

Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə bu ilin ilk altı ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb.

İlin ilk 6 ayında 271 terror aktı baş verib və 389 nəfər həyatını itirib. 2022-ci ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər həyatını itirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az