"İsveçin NATO-ya üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilməsi və prosesin həlli bu ölkənin vədlərinə sadiq qalmasına bağlıdır”.
Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu məsələyə Türkiyə parlamenti qərar verəcək: "Məsələnin parlamentimizdə nə qədər müzakirə olunacağını bilmirik. İsveç hər şeydən əvvəl Stokholm küçələrinə nəzarət etməlidir. Əgər bunu etməsələr, müqəddəs saydıqlarımıza hücum etsələr, onda inciməsinlər”.