“İsveçin NATO-ya üzvlüyü vədlərinə sadiq qalmasına bağlıdır” - Ərdoğan

15:29 - 21 Avqust 2023

“İsveçin NATO-ya üzvlüyü vədlərinə sadiq qalmasına bağlıdır” - Ərdoğan

"İsveçin NATO-ya üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilməsi və prosesin həlli bu ölkənin vədlərinə sadiq qalmasına bağlıdır”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələyə Türkiyə parlamenti qərar verəcək: "Məsələnin parlamentimizdə nə qədər müzakirə olunacağını bilmirik. İsveç hər şeydən əvvəl Stokholm küçələrinə nəzarət etməlidir. Əgər bunu etməsələr, müqəddəs saydıqlarımıza hücum etsələr, onda inciməsinlər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az