Qazaxıstan ilə Vyetnam vizasız gediş-gəliş üçün razılaşdı

16:52 - 21 Avqust 2023

Qazaxıstan ilə Vyetnam vizasız gediş-gəliş üçün razılaşdı

Qazaxıstan prezidenti Kasım Comert Tokayev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Thuongun dəvəti ilə Hanoy şəhərinə rəsmi səfər edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində Qazaxıstan və Vyetnam arasında vizasız səyahət müqaviləsi imzalanıb.

Səfər zamanı Tokayev paytaxt Hanoyda Vyetnamın müstəqilliyinin lideri Ho Şi Minin məqbərəsini ziyarət edib. Daha sonra Prezident sarayında Vyetnam prezidenti Thuong tərəfindən mərasimlə qarşılanıb.

Mərasimdən sonra Tokayev və Thuong arasında keçirilən görüşdə ticarət, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və logistika, aqrar-sənaye, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tokayev Vyetnam dövlətinə və xalqına Qazaxıstanda böyük hörmət bəsləndiyini bildirib. Həmçinin, Qazaxıstan prezidenti kimi Vyetnama ilk səfəri olduğunu və bu səfərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Qeyd edək ki, iki ölkə hökumətləri arasında 2023-2025-ci illər üçün ticarət və iqtisadi əməkdaşlığın sürətləndirilmiş inkişafı üzrə birgə fəaliyyət planı, turizm, xüsusilə neft-qaz sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu başda olmaq olmaqla ümumilikdə 12 sənəd imzalanıb.

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az