ECOWAS Nigerin 3 illik keçid hökuməti planını rədd etdi

17:01 - 21 Avqust 2023

ECOWAS Nigerin 3 illik keçid hökuməti planını rədd etdi

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) iyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi hökumətin 3 illik keçid hökuməti planını rədd edib.

 

Manset.az xəbər verir ki, ECOWAS-ın Siyasi Məsələlər, Sülh və Təhlükəsizlik üzrə komissarı Abdel-Fatau Musah BBC-yə verdiyi müsahibədə Nigerdə ​​Vətəni Müdafiə Milli Şurası (CNSP) adlandırılan keçid hökumətinin lideri Abdurrahmane Tchianinin 3 illik keçid planının qəbuledilməz olduğunu bildirib.

Tchianinin təklifinin dialoq və diplomatiya üçün yalnız “tüstü pərdəsi” olduğunu qeyd edən Musah, “ECOWAS yenidən regionda uzunmüddətli keçidi qəbul etmir. Sadəcə, onlar (hakimiyyəti) mümkün qədər tez təhvil verməyə hazır olmalıdırlar” deyib. 

Musah deyib ki, hərbçilər hökuməti mülki şəxslərə nə qədər tez qaytarsa ​​və Nigerin ərazi bütövlüyünü müdafiə etmək kimi əsas vəzifələrinə diqqət yetirsə, bir o qədər yaxşıdır.

Qeyd edək ki, Abdurrahmane Tchiani avqustun 19-da xalqa müraciətində mülki idarəçiliyə keçidin ən çox 3 ilə tamamlanacağını açıqlayıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az