Zelenski Danimarkaya təşəkkür etdi

17:13 - 21 Avqust 2023

Zelenski Danimarkaya təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski Danimarkaya F-16 tədarük öhdəliyinə görə təşəkkür edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ F-16 döyüş təyyarələrini Ukraynaya çatdırmaq üçün Hollandiya və Danimarkaya yaşıl işıq yandırdıqdan sonra Zelenski dünən Hollandiyaya, bu gün isə Danimarkaya gedib.

Zelenski dünən Telegram hesabında etdiyi paylaşımda Hollandiya və Danimarkadan cəmi 61 ədəd F-16 alacaqlarını bildirib.

Zelenski Danimarka hökumətinə Rusiya işğalına müqavimət göstərməkdə kömək etdiklərinə görə təşəkkür edib.

Qeyd edək ki, Zelenski Danimarkanın paytaxtı Kopenhagendə parlamentarilərə müraciət etmişdi. Müraciətində Ukrayna qalib gəlməyəcyi təqdirdə Rusiyanın bütün qonşularının təhdid altında olduğunu bildirmişdi.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az