Çin 30,5 milyard kubmetr təbii qaz tapdı

17:45 - 21 Avqust 2023

Çin 30,5 milyard kubmetr təbii qaz tapdı

Çinin Sinopec neft şirkəti ölkənin cənub-qərbindəki Sıçuan əyalətində 30,5 milyard kubmetr təbii qaz ehtiyatının olduğunu bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat verib.

“Şüjiahi lay” adlanan qumdaşı qatında 4,5-5 kilometr dərinlikdə aşkar edilən Bakonq təbii qaz yatağında 30,5 milyard kubmetr təsdiqlənmiş ehtiyatın olduğu qeyd edilib.

Bu, Şüciahı Layında aşkar edilmiş üçüncü təbii qaz yatağıdır.

Qeyd edək ki, 2021-ci il üzrə Dünya Enerji Statistikası Hesabatına əsasən Çinin 2020-ci ilin sonuna qədər təqribən 8,4 trilyon kubmetr təsdiqlənmiş təbii qaz ehtiyatı var. Lakin ehtiyatların əhəmiyyətli hissəsinin dərinlik və lay sərtliyinin intensiv olduğu bölgələrdə yerləşməsi hasilat xərclərini artırır. Ölkənin şimalındakı Ordos hövzəsi, Bohay dənizindəki Bohay körfəzi hövzəsi və cənub-qərbdəki Sıçuan hövzəsi ən böyük təbii qaz ehtiyatlarına malik bölgələr kimi seçilir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az