Tibb bacısı yeni doğulan 7 körpəni öldürdü

17:55 - 21 Avqust 2023

Tibb bacısı yeni doğulan 7 körpəni öldürdü

İngiltərədə xəstəxananın yeni doğulmuşlar şöbəsində işləyən tibb bacısı 7 körpənin həyatına son qoyub.

 

Manset.az xarici mediaya istinadənxəbər verir ki, 33 yaşlı Lüsi Letbi adlı qadın 7 körpəni qətlə yetirib. O, körpələri damarlarına iynə ilə hava yeritməklə, həddən artıq süd verməklə və insulin ötürməklə öldürüb. Digər 6 körpəni öldürməyə cəhd etsə də, bu, baş tutmayıb.

Cinayəti boynundan atmağa çalışan qadının evində axtarış aparılan zaman qeyd dəftəri həqiqəti üzə çıxarıb. Onun dəhşətə gətirən qeydlərində aşağıdakı ifadələr yer alıb:

"Mən çox pis insanam. Yaşamağa layiq deyiləm. Mən bunu edən bir şeytanam. Körpələri öldürdüm, çünki onlara baxmaq iqtidarında deyildim. Onlara baxmağa layiq deyildim. Heç vaxt evlənməyəcəyəm. Uşaq sahibi olmağı ağlımdan belə keçirmirəm

Lüsinin məhkəməsi 10 ay davam edib. Məhkəmənin qərarı bu ayın sonunda açıqlanacaq. Məhkəmənin gedişində məlum olub ki, o, körpləri öldürməyə 20 yaşlarından başlayıb.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, Letbi 30-dan çox körpəyə hücum etməkdə şübhəli bilinir. 2012-ci ilin yanvar-2016-cı ilin iyun ayları arasında qatil tibb bacısının işlədiyi xəstəxanada 40 min adam haqqında araşdırma aparılır.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az