Daha bir azərbaycanlı - Mirhüseyn Mirələm oğlu Şıxəliyev Ukraynada həlak olub.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə bu gün "Muksun” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Mirhüseyn Mirələm oğlu Şıxəliyev Rusiyanın Surqut şəhərində yaşayıb. O, 2016-cı ildə Surqut şəhəri 1 saylı orta məktəbi bitirib. İdmançı idi, kikboksinqlə məşğul olub. 2014-cü ildə isə Surqut rayonunun yaranmasının 90 illiyinə həsr olunmuş ağır atletika üzrə gənclərin rayon birinciliyinin qalibi olub.
Onunla vida mərasiminin vaxtı hələ bəlli deyil