İsrail Dəməşqin hərbi məntəqələrinə raket hücumu etdi

11:11 - 22 Avqust 2023

İsrail Dəməşqin hərbi məntəqələrinə raket hücumu etdi

İsrail Suriyanın paytaxtı Dəməşqdəki bəzi hərbi nöqtələrə raket hücumları təşkil edib.    

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA məlumat verib. Yerli vaxtla saat 23.05-də Dəməşqdəki bəzi hərbi məntəqələrin İsrail qüvvələri tərəfindən Colan təpələrində raketlərlə hədəf alındığı iddia edilib.

Xəbərdə hücumda bir əsgərin yaralandığı və xeyli maddi ziyan dəydiyi bildirilib.

Məlumdur ki, Dəməşqin ətrafında Livan Hizbullahının ünsürləri ilə yanaşı, Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplaşmalar da var.

2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusunun hərbi məntəqələrinə hücumlar təşkil edir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az