İsveçdə Quranı yandıran Salvan Momika boks əlcəyi taxan şəxs tərəfindən küçənin ortasında döyülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təpik və yumruqların hədəfi olan Momika kafenin reklam lövhəsi ilə özünü qorumağa çalışıb.
Digər tərəfdən, görüntülərin Salvan Momikanın özünün qurduğu bir oyun olduğu iddia edilib.
Qeyd edək ki, İraq əsilli Salvan Momika iyunun 28-də İsveçin paytaxtı Stokholmda polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.
Aygün
Manşet.az