İran hicab qaydalarını pozan qadınların daha sərt cəzalandırılmasını nəzərdə tutan qanuna dəyişiklik edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İslam geyim qaydalarının pozuntusunun təkrarlandığı və müstəsna hallarda 15 ilə qədər həbs cəzası və ən azı 5 min avro cərimə oluna bilər. Qanun pozuntusu cəmiyyətin geniş təbəqəsi tərəfindən tanınan məşhurlar tərəfindən olarsa cəza daha da sərtləşəcək.
Beləki, əgər qadınlar iş yerində hicab taxmazlarsa, onlar rəsmi müavinətlərdən məhrum ola bilərlər. Layihədə 15 ilə qədər uzaqlaşdırma da nəzərdə tutulur. Qanunu pozan şəxslərin əmlaklarının onda bir hissəsinin müsadirə edilməsinə qərar verə bilər. Əcnəbi qadınlar qanuna əməl etmədikdə isə ölkədən deportasiya oluna bilər.
İnternetdə hicabsız fotoların dərci də cəzalandırılacaq. Qanun layihəsində hicab qadağasını pozan qadınların ölkədən çıxışının qadağan edilməsi də yer alıb. Bundan başqa, qadınların hicabsız daxil olmasına icazə verən ticarət mərkəzləri, restoranlar və ya oxşar müəssisələr məhkəmə qərarı ilə bağlanacaq.
Baş örtülü qadınları təhqir edənlərə 6 ay həbs və 74 şallaq cəzası veriləcək.
Qanun layihəsində qadınlar üçün “pis” geyimlər də sadalanıb. Buna misal olaraq qısaqol köynəklər və ya yırtılmış cins şalvarları göstərmək olar. Kişilər üçün qısaldılmış şalvar və ya atletlər “pis” geyim kimi təsnif edilib.
Nazirliklər və təhlükəsizlik qurumları İslami geyim qaydalarına əməl etmək vəzifəsi daşıyır. Bu, həm də vətəndaşların və polisin qanun pozuntuları barədə asanlıqla məlumat verməsi və xəbər verməsi üçün yol açır.
Qeyd edək ki, keçən il çadranı düzgün geyinmədiyi səbəbilə polis tərəfindən saxlanılan Məhsa Əminin ölümündən sonra ölkədə qadınlar hicablarını çıxarıb küçələrdə etiraz etmişdilər. Lakin reaksiyadan sonra dekabrda ləğv edildiyi deyilən əxlaq polisi praktikası ötən iyul ayında geri qaytarıldı. İran rəsmiləri həmçinin bildiriblər ki, polis qadınları ictimai yerlərdə hicab taxmağa məcbur etmək üçün buna əməl etməyənləri saxlayacaq. Bu aydan etibarən kişi və qadın əxlaq polisi qrupları yenidən İran küçələrində patrul etməyə başlayıb.
Aygün
Manşet.az