Yunanıstanda meşə yanğınında 18 miqrant öldü

17:42 - 22 Avqust 2023

Yunanıstanda meşə yanğınında 18 miqrant öldü

Yunanıstanda yanğınların davam etdiyi Evros bölgəsindəki meşəlik ərazidə 18 nəfərin cəsədi tapılıb.

 

Manset.azx arici mediaya istinadən xəbər verir ki, Yunanıstan dövlət kanalı ölənlərin mühacir olduğunu açıqlayıb. Lakin onların milliyyəti ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Türkiyə sərhədindəki Meriç bölgəsində yerləşən Dadia meşəsi Aleksandrupoli şəhərinin şimal-şərqində yerləşir. Ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az