Dünən axşam Çinin Yanan şəhərinin Yançuan rayonunda Şintay kömür mədənində partlayış baş verib
Manset.az Çinin CCTV dövlət televiziyasına istinadən xəbər verir ki, partlayış yerli vaxtla 20:00 radələrində olub.
Partlayış zamanı mədəndə olan 90 işçidən 11-i həyatını itirib.
Xilasetmə qrupları tərəfindən ağır yaralanan 81 işçidən 2-ni müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmasa da, 9 işçinin cansız cəsədi tapılıb.
Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və oradan ildə 300 min ton kömür çıxarıldığı bildirilib.
Jalə
Manşet.az