Twitter istifadəçi məlumatları İsraildə saxlanılacaq

18:30 - 22 Avqust 2023

Twitter istifadəçi məlumatları İsraildə saxlanılacaq

Twitter (yeni adı X) təsdiqlənmiş hesab yaradan istifadəçilərdən selfi nümunəsi və şəxsiyyət vəsiqəsinin şəklini tələb edəcəyi məlumatlar İsraildə yerləşən şirkətdə saxlanacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, autentifikasiya məqsədilə istifadəçilərdən alınan məlumatların İsrailin AU10TIX firmasında 30 gün müddətində mühafizə olunacaq.

Bir çox istifadəçi AU10TIX şirkətinin əməkdaşlarının İsrailin “8200” kiber-kəşfiyyat bölməsi ilə əlaqələrinə görə qərardan narazılıqlarını vurğulayıblar. Bundan əlavə, keçmişdə yaşanan məlumat sızıntısı skandalları da xatırlanıb.

1980-1990-cı illərdə hava limanları və sərhəd qapıları üçün şəxsiyyət yoxlama sistemləri hazırlayan İsrail şirkəti 2002-ci ildən internetdə fəaliyyət göstərir. AU10TIX Uber, PayPal və Google kimi bir çox nəhəng şirkətlərlə işləyir.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında platformanı satın alan Mask, autentifikasiya funksiyasının avqustun 1-dən etibarən fəaliyyət göstərdiyini və tezliklə istifadəçilərə təqdim ediləcəyini bildirib. Belə ki, əvvəllər təsdiq edilmiş hesab üçün telefon nömrələrindən istifadə edən üzvlər indi foto və şəxsiyyət vəsiqəsinin surəti kimi məlumatları təqdim etməli olacaqlar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az