"Taxıl sazişi"nə qayıtmağa hazırıq, ancaq... - Putin

00:12 - 23 Avqust 2023

\"Taxıl sazişi\"nə qayıtmağa hazırıq, ancaq... - Putin

Rusiya Federasiyası qarşısında bütün öhdəliklər yerinə yetirildiyi təqdirdə “Taxıl sazişi”nə qayıtmağa hazırıq.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya iyulun 18-dən bu sazişin müddətini uzatmaqdan imtina edib:

"Biz ona qayıtmağa hazırıq. Ancaq Rusiya tərəfi qarşısında bütün öhdəliklər həqiqətən yerinə yetirildiyi təqdirdə geri dönəcəyik".

Putin qeyd edib ki, ölkənin dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalarından çıxması ilə bağlı sazişin şərtlərinin heç biri yerinə yetirilməyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az