Bu ölkədə koronavirusun yeni variantına yoluxma aşkarlandı

09:08 - 23 Avqust 2023

Bu ölkədə koronavirusun yeni variantına yoluxma aşkarlandı

Misirdə koronavirusun yeni variantı “eris” müəyyən edilib.

Manset.az  xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi iki yoluxma halının qeydə alındığını bildirib.

"Qripə bənzər xəstəliklər, kəskin respirator infeksiyalar və pnevmoniyanı izləyən mərkəzlərin test nəticələri COVID-19 EG-5.2 variantının iki müsbət halını təsdiqləyir", - nazirlik bildirib.

Xəstələrin yaşı açıqlanmır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az