İsrail əsgərlərinin himayəsində olan yəhudi mühacirlər İordan çayı sahillərində yerləşən Burqa kəndinə hücum edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumda bir fələstinli yaralanıb, 30 fələstinli isə qazdan təsirlənib.
Bildirilib ki, İsrail ordusunun qüvvələri gözyaşardıcı qaz, səs bombaları və həqiqi güllələrdən istifadə edib.
Mart ayında İsrail hökuməti İordan çayının qərb sahilinin dörd bölgəsində, o cümlədən Homeşda yəhudi məskənlərinin boşaldılmasını nəzərdə tutan 2005-ci ildə qəbul edilmiş “Çıxarma Aktının” müvafiq maddələrini ləğv edib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Jens Laerke ilin ilk 6 ayında yəhudi köçkünlərin fələstinlilərə hücum etdiyini bildirib. Beləki, 591 hadisədən 149-nun fələstinlilərin yaralanması və ya ölümü ilə nəticələndiyini vurğulanıb.
OCHA sözçüsü bildirib ki, bu, keçən illə müqayisədə hücumların 39 faiz artması ilə ayda təxminən 99 insident deməkdir.
İsrailin işğal etdiyi İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yəhudi məskənləri beynəlxalq hüquqa görə qeyri-qanuni sayılır.