Məkkədə şiddətli fırtına ibadət edənlərə çətin anlar yaşadıb - VİDEO

10:36 - 23 Avqust 2023

Məkkədə şiddətli fırtına ibadət edənlərə çətin anlar yaşadıb - VİDEO

Səudiyyə Ərəbistanının Məkkə, Mədinə və Ciddə şəhərlərində fırtına və leysan yağışları təsirli olub.

 

Manset.az BAKU.WS-ə istinadan xəbər verir ki, Məscidül-Həramda təvaf edən yüzlərlə insan çətin anlar yaşayıb.

Şəhərin bəzi yerlərində küçələri su basıb, nəqliyyat vasitələri sel sularının altında qalıb.

Ciddədə güclü külək və yağış səbəbindən elektrik dirəkləri uçub.

Kəbədə namaz qılan müsəlmanlar əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər.

İnsanlara pis hava şəraitinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib, elektrik sızması və ani daşqınlara qarşı diqqətli olmaları bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az