Almaniyaya qeyri-qanuni yollarla daxil olan yüzlərlə türk sığınacaq prosedurları tamamlanmadan Birinci Qəbul Mərkəzindən qaçıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sığınacaq istəyən türklərdən bəziləri Alman polisi tərəfindən göndərildikləri Saksoniya əyalətindən qaçıblar.
Bu ilin ilk 6 ayında mərkəzdən qaçanların sayının 478 nəfər olduğu və onların üçdə birinin türk olduğu bildirilib.
Sığınacaq prosedurları başa çatmamış yoxa çıxan şəxslərin Almaniyaya dağılaraq öz tanışlarının və ya qohumlarının yanına getdiyi güman edilir.
Dövlət Daxili İşlər Nazirliyi qaçaqların aylıq təxminən 420 avro cib pulunun kəsiləcəyini açıqlayıb.
Qeyd edək ki, Almaniyaya qeyri-qanuni girişlərin sayı bir ayda 40 mini keçib. Türklər bu rəqəmin təxminən üçdə birini təşkil edir.
Aygün
Manşet.az