Rusiya Ukraynadakı taxıl anbarlarını hədəf aldı

14:53 - 23 Avqust 2023

Rusiya Ukraynadakı taxıl anbarlarını hədəf aldı

Rusiya Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə taxıl anbarlarına hücum həyata keçirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından paylaşım edərək məlumat verib.

Kiper bildirib ki, Rusiya ordusunun əsas hədəfi bölgənin infrastrukturudur. O, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin 9 “Şahed” tipli PUA-nı məhv etdiyini və hücumlarda itkilərin olmadığını qeyd edib.

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin də sosial media hesabında paylaşım edib. O, rus əsgərlərinin səhər saatlarında Xersonda uşaq bağçası və yaşayış evlərinə 2 idarə olunan raket atdığını, hücumda 6 nəfərin yaralandığını bildirib.

Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın bir gündə Ukrayna ərazisinə 4 raket və 58 hava zərbəsi endirdiyi vurğulanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az