"Türkiyəli “Instagram” fenomeni Şeyma Subaşı sosial şəbəkə hesabında iş elanı paylaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şeyma Subaşı paylaşımında sosial media hesablarını idarə edə biləcək birini axtardığını açıqlayıb.
Sosial media hesabını ödənişli abunə olmaq üçün açan Subaşı video yayımlayaraq kömək axtardığını bildirib:
"Bəlkə bunu burada deməyim düzgün olmaz, amma paylaşmaq istədim. Sosial mediama baxıb, onu idarə edəcək birinə və ya birilərinə ehtiyacım var. Mənə uyğun, təbii birisi. Mənimlə eyni enerjiyə sahib olan biri. Heç vaxt belə biri olmayı. Olmağa çalışıb, amma sonra olmayıb. Bir yardıma ehtiyacım var".
Aygün
Manşet.az