İranda qum fırtınası: Yüzlərlə insan xəstəxanalıq oldu

17:22 - 23 Avqust 2023

İranda qum fırtınası: Yüzlərlə insan xəstəxanalıq oldu

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sistan-Bəlucistan Təcili Yardım Başçısı Mecid Muhibbi mövzu ilə əlaqədar məlumat verib.

Bildirilib ki, 120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü xəstəxanaya yerləşdirilib.

Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyi vurğulanıb. Xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamaq və maskalardan istifadə etmək tövsiyə edilib.

Qeyd edək ki, Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az