ABŞ-ın Nebraska ştatının Omaha şəhərində gündüz “Gələcəyin Uşaqları” uşaq baxımı evinin xidməti avtomobilində unudulan 1 yaşlı körpə 5-6 saat boyu 38 dərəcə istilikdə qalaraq ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tapılan zaman körpənin bədən istiliyi 42,8 dərəcə olub.
62 yaşlı sürücüsü Rayan Uilyams körpənin ölümünə səbəb olan səhlənkarlıqda ittiham olunub. Bildirilib ki, sürücü təqsirli bilinərsə 4 ilə qədər həbs cəzası alacaq.
Sürücü Uilyams avtobusdan düşmək istəməyən uşaqla məşğul olarkən diqqətinin dağıldığını və körpəni unutduğunu deyib.
Dövlət rəsmiləri körpənin ölümü ilə bağlı araşdırmaların davam etdiyi müddətdə sözügedən uşaq evinin bağlanacağını vurğulayıb.
Aygün
Manşet.az