Priqojinin ölümündən qabaq Putinin bu videosu GÜNDƏM OLDU - VİDEO

10:29 - 24 Avqust 2023

Priqojinin ölümündən qabaq Putinin bu videosu GÜNDƏM OLDU - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin Poniri şəhərində sovet qoşunlarının faşistlər üzərində qələbəsinin 80-ci ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak edib.

 

Manset.az xəbər verir ki, tədbirdə çıxış etmək üçün səhnəyə çıxan Putinin şən əhval-ruhiyyəsi diqqət çəkib.

Kifayət qədər gümrah olması diqqətdən yayınmayan Putin rus əsgərlərinə müraciət edərək “Xidmətinizə görə təşəkkür edirəm, sizinlə fəxr edirəm”,-deyə bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin çıxışı ərəfəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı, o cümlədən 3 ekipaj üzvü həyatını itirib. Rusiya Mülki Aviasiya Agentliyi Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin cəsədinin tapıldığını açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az