Priqojinin ölümündən sonra Putinin sözləri diqqət çəkdi

11:17 - 24 Avqust 2023

Priqojinin ölümündən sonra Putinin sözləri diqqət çəkdi

Krım türkü jurnalist Gülsüm Xəlilova Vaqner lideri Priqojinin olduğu təyyarə qəzaya uğradıqdan sonra sosial media hesabında səs-küyə səbəb olacaq bir video paylaşıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, jurnalist Rusiya prezidenti Vladimir Putinin verdiyi bir müsahibədə dediyi sözlərə diqqət çəkib.  

Xəlilova Putinlə jurnalist arasındakı olan sual-cavab görüşünü bölüşüb:

- Bağışlamağı bilirsiniz?

- Bəli, amma hər şey deyil

-Bağışlanmayan şey nədir?

- Xəyanət"

Qeyd edək ki, Rusiyaya xəyanət edərək qiyamı başlatan rus muzdlu dəstəsinin lideri Priqojinin də olduğu iddia edilən təyyarənin qəza anının qeydə alınması da şübhə yaradıb. Sosial şəbəkədə “yerdəki insanlar təyyarənin qəzaya uğrayacağını bilirdimi?”, - sualı verilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az