ABŞ Dövlət Departamenti Çinlə suverenlik münaqişəsində olan Tayvana 500 milyon dollar dəyərində F-16 infraqırmızı axtarış-izləmə sistemləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən yazılı açıqlama verilib.
Dövlət Departamentinin Tayvana 500 milyon dollar dəyərində F-16 infraqırmızı axtarış-izləmə sistemi və əlaqədar avadanlıqların satışına icazə verdiyi bildirilib.
Açıqlamada satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərildiyinə diqqət çəkilib.
ABŞ-da Co Bayden administrasiyası mart ayında Tayvana F-16 arsenalları və müvafiq avadanlıq da daxil olmaqla 619 milyon dollar dəyərində silah satışını təsdiqləyib.
Qeyd edək ki, Çin Vaşinqton administrasiyasını Tayvana silah satışını və hərbi əlaqələri kəsməyə dəvət edib.
Aygün
Manşet.az