Qəzaya uğrayan təyyarə külə döndü: 2 nəfər öldü

15:27 - 24 Avqust 2023

Qəzaya uğrayan təyyarə külə döndü: 2 nəfər öldü

Venesuelanın Yaracuy əyalətində Karakas-Simon Bolivar Beynəlxalq Hava Limanından qalxan təyyarə qəzaya uğrayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, naməlum səbəbdən qəzaya uğrayan təyyarədə olan iki nəfər həlak olub.

Ətrafdakı şahidlər bildiriblər ki, təyyarə qəzaya uğramazdan bir qədər əvvəl havada alovlanıb.

Qəzadan sonra külə çevrilən təyyarədə olan pilot Andres Riera və Duqlas Villalobosun cansız cəsədlərinin tapıldığı açıqlanıb.

Təyyarənin Medellin-Xose Mariya Kordova hava limanına getmək üçün havaya qalxdığı bildirilib.

Qəza ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırmalara başlanılıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az