İran BRİKS-ə üzvlüyünü “tarixi inkişaf” adlandırıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Prezident Aparatının siyasi məsələlər üzrə köməkçisinin müavini Məhəmməd Cəmşidi X sosial media platformasında ölkəsinin BRİKS üzvlüyü ilə bağlı açıqlama verib.
İran rəsmisi qeyd edib ki, İran BRİKS-in üzvü olub. Həmçinin, dünyanın yeni iqtisadi qrupuna daimi üzvlük İranın xarici siyasəti baxımından tarixi bir inkişaf və strateji nailiyyətdir.
Qeyd edək ki, avqustun 22-24-də Cənubi Afrika Respublikasında BRİKS ölkələri qrupunun 15-ci sammiti keçirilir.
Zirvə çərçivəsində bu gün BRİKS ölkələri Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın üzv olmağa dəvət edildiyini açıqlayıb. Cəmiyyətə dəvət edilən ölkələrin tam üzvlüyünün 1 yanvar 2024-cü ildən başlayacağı açıqlanıb.
Aygün
Manşet.az