Kreml administrasiyasına qarşı “silahlı üsyana” cəhd edən və dünən Moskva yaxınlığında təyyarəsi qəzaya uğrayan “Vaqner” lideri Yevgeni Priqojinin ölümü Rusiya prezidenti Vladimir Putinə qarşı çıxan şəxslərin şübhəli ölümünü gündəmə gətirib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, Putinə müxalif olan və şübhəli şəkildə dünyasını dəyişən şəxslər kimlərdir.
Rusiyanın müxalifət lideri Aleksey Navalnı 2020-ci ilin avqustunda Sibirdə Qərb ekspertlərinin əsəbləri zədələyən Noviçok maddəsi ilə zəhərləndikdən sonra müalicə üçün Almaniyaya gedib. Kreml insidentlə bağlı iddiaları rədd edib. Navalni 2021-ci ildə isə könüllü olaraq Rusiyaya qayıdıb. Lakin ölkəyə gələn kimi həbs edilib. O, hazırda müxtəlif siyasi ittihamlarla təqsirləndirilərək həbsdədir. Bu ay Rusiyada məhkəmə Navalnının cəza müddətini daha 19 il uzadıb. O, ölkədəki ən ağır həbsxana şəraitində cəza çəkir.
Dövlət sirlərini Britaniya kəşfiyyatına ötürən keçmiş rusiyalı ikili agent Sergey Skripal və qızı Yuliya 2018-ci ilin martında İngiltərənin Solsberi şəhərində ticarət mərkəzinin qarşısındakı skamyada huşsuz vəziyyətdə tapılıb. İkili ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və Britaniya rəsmiləri onların 1970-1980-ci illərdə sovet ordusu tərəfindən hazırlanmış bir qrup sinir agenti olan Noviçok ilə zəhərləndiklərini bildiriblər. Onların hər ikisi sağ qalıb. Rusiya zəhərlənmədə hər hansı əli olduğunu inkar edib və bildirib ki, bu, Britaniyanın anti-Rusiya fəaliyyətidir.
Rusiyalı müxalifət fəalı Vladimir Kara-Murza 2015 və 2017-ci illərdə zəhərləmək cəhdləri edilib. Alman laboratoriyası Murzada yüksək səviyyədə civə, mis, manqan və sink tapıb. Moskva hər hansı əlaqəni təkzib edib.
Putinin rəqibi Aleksandr Litvinenko 2006-cı ildə 43 yaşında Londonun “Millenium” otelində nadir və güclü radioaktiv izotop olan polonium-210 ilə qarışdırılmış yaşıl çay içdikdən sonra vəfat edib. Britaniya araşdırması 2016-cı ildə Putinin qətlə razılıq verdiyi qənaətinə gəlib. Kreml insidentdə hər hansı əli olduğunu təkzib edib.
44 yaşlı Rusiya vətəndaşı 2012-ci ilin noyabrında qaçışa getdikdən sonra İngiltərənin paytaxtı Londondan kənarda xüsusi mühafizə olunan mülkdə lüks evinin yaxınlığında ölü tapılıb. Aleksander Perepilichnyy 2009-cu ildə Rusiyada çirkli pulların yuyulması sistemi ilə bağlı İsveçrə araşdırmasına kömək etdikdən sonra Böyük Britaniyaya sığınıb. Onun qəfil ölümü onun öldürülmüş ola biləcəyi ehtimalını artırıb. Britaniya polisi onun nadir zəhərlə öldürülmüş ola biləcəyinə dair şübhələrə baxmayaraq, qətl ehtimalını istisna edib. İstintaq ibtidai iclasında məlum olub ki, onun mədəsində sarı yasəmən bitkisindən nadir və ölümcül zəhərin izləri aşkarlanıb.
Ukrayna müxalifətinin lideri olan Viktor Yuşşenko 2004-cü ildə prezident seçkiləri kampaniyası zamanı Moskvayönlü baş nazir Viktor Yanukoviçlə qərbyönlü namizədliyini irəli sürərkən zəhərlənmişdi. Yuşşenko deyib ki, o, Ukrayna kəşfiyyat idarəsinin rəsmiləri ilə Kiyevdən kənarda nahar edərkən zəhərlənib. Rusiya bununla heç bir əlaqəsi olmadığını bildirib. Onun bədənində normaldan 1000 dəfə çox dioksin olduğu müəyyən edilib. Zəhərlənmədən onun üzü və bədəni eybəcərləşib və sonradan dəfələrlə əməliyyat olunub.
İnsan haqları pozuntularını işıqlandıran jurnalist Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də supermarketdən evə qayıtdıqdan sonra Moskvadakı mənzilinin qarşısında güllələnib. İki uşaq anası olan 48 yaşlı Politkovskayanın öldürülməsi Qərbdə böyük əks-səda doğurub.
Aygün
Manşet.az