Rusiya prezidenti Vladimir Putin Tver vilayətində baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Manset.az xəbər verir ki, bu barədə Putin Donetsk separatçılarının "rəhbəri" ilə görüşdə danışıb.
O, Yevgeni Priqojinin istedadlı olduğunu bildirib.
Putin qeyd edib ki, o, Priqojini 1990-cı illərin əvvəllərindən tanıyır, o, çətin taleyi olan insan olub, lakin istədiyi nəticələrə nail olub.