“Avrupa Yakası” serialında Burhan Altıntopun evindəki “Ağlayan uşaq Çiko” rəsminin sirli bir hekayəsi varmış.
Manset.az KİV-ə istinadən xəbər verir ki, italyan rəssam Bruno Amadioya məxsus tablo məşhur olduğu dönəmlərdə olduqca sevilirdi. Lakin sonradan İngiltərə mətbuatında “Ağlayan uşaq” tablosunun lənətləndiyi iddia edilib. 1950-ci illərdən etibarən tablonun müxtəlif variantları hazırlanmış və bütün dünyaya yayılmışdır. Ancaq ilk dəfə çıxan orijinal rəsmdəki oğlanın qəhvəyi saçları və fındıq gözləri var idi.
Rəsmin lənətləndiyini iddia edən Britaniya mətbuatı bu vəziyyəti İngiltərədəki yanğınla əlaqələndirib. “The Sun” qəzetinin dərc etdiyi xəbərə görə yanğınsöndürən evlərindəki bütün əşyaların kül olduğunu, lakin bu tabloya heç bir ziyan dəymədiyini bildirib.
Yanğına səbəb elektrik sobalarının pərdəyə və ya çarpayıya yaxın olması olsa da çox adam panikaya düşüb.
O dövrdə İngiltərənin kasıb məhəllələrində bu rəsm əsərinin təxminən 50.000 nüsxəsi satılıb və bu məhəllələrdə yanğınlar baş verib.
İşlər daha da ciddiləşəndə bütün rəsmlər geri göndərilib və yandırılıb. Daha sonra minlərlə insan qəzetə zəng edərək gecə saatlarında şəkildən ağlama səslərinin gəldiyinə dair müxtəlif iddialar səsləndirib.
Yanğınsöndürənlər sonradan yanğınların əsl səbəbini açıqlasalar da, Britaniya qəzetinin yalan xəbərləri artıq cəmiyyət tərəfindən qəbul edilmişdi.
Aygün
Manşet.az