Yunanıstanda meşə yanğınları ilə əlaqədar yanğın törətməkdə şübhəli bilinən 140 nəfər saxlanılıb.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis istintaqla bağlı açıqlamasında bildirib. Hökumət rəsmisinn sözlərinə görə 19 avqustdan bu yana yanğınlarla əlaqədar yanğın törətməkdə şübhəli bilinən 140 nəfər saxlanılıb.
Marinakis bildirib ki, saxlanılanlardan 79-u haqqında ittiham irəli sürülüb, işlərin 62-nin təsadüfi yanğın, 11-nin isə qəsdən törədilməsi ilə bağlı olub.
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias verdiyi açıqlamada isə yanğın törədənlərin Afinanın şimal-qərbindəki Parnitha dağında yeni yanğınlar törətmək üçün çoxsaylı cəhdlər etdiyini vurğulayıb. bildirib.
Yunanıstanın Evros bölgəsindəki Dadia meşəsi ərazisində aralarında uşaqların da olduğu 19 qaçqının cəsədi tapılıb. Viotiya bölgəsində heyvanları alovdan xilas etməyə çalışan çoban tüstüdən təsirlənərək həyatını itirib.
Aygün
Manşet.az