Tehranın Beynəlxalq Toxunma Xalça Sərgisində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və bir neçə digər ərəb ölkəsi rəhbərlərinin təsvirləri olan xalçalar nümayiş etdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu İranın Səudiyyə Ərəbistanı ilə barışıq cəhdi kimi qiymətləndirilib.
Xatırladaq ki, son vaxtlara qədər İranın ali dini lideri Əli Xameneyidən tutmuş SEPAH-a yaxın media qurumları daha öncə Səudiyyə Ərəbistanını İsrail və Amerikanın regionda müttəfiqi adlandırır və İranın düşməni hesab edirdilər.
Aygün
Manşet.az