Polşada ağciyər xəstəliyinin bir növü olan legioner xəstəliyinə səbəb olan legionella bakteriyasından həyatını itirənlərin sayı son bir həftədə 7-yə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində baş verən epidemiya ilə bağlı araşdırmalar davam edir.
Ölənlərin 4-ünün kişi, 3-nün isə 60 yaşdan yuxarı qadın olduğu bildirilir. Xəstəxanaya çatdırılanların sayının 113 nəfər olduğu qeyd edilib.
Bildirilib ki, su şəbəkəsindən götürülən nümunələr müayinə olunub və nəticələrin avqustun 28-də açıqlanması gözlənilir.
Avqustun 23-də verilən açıqlamada bakteriya səbəbindən 3 nəfərin öldüyü bildirilib.
Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi tənəffüs çatışmazlığı və orqan çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilir.
Ümumiyyətlə, süni su sistemlərində rast gəlinən Legionella bakteriyaları daha çox səmərəliliyi azaltmamaq üçün daha az dezinfeksiya edilən otel, yataqxana, xəstəxana kimi çox insanın istifadə etdiyi binalarda görülür.
Aygün
Manşet.az